15 yaşlı müsəlman xanım 93 günə Quranı hifz edib
Mьəllif: Admin
Tarix: 6-08-2021, 22:27
Bцlmə: Xəbərlər
15 yaşlı müsəlman xanım 93 günə Quranı hifz edib
Türkiyənin Konya şəhərində yaşayan 15 yaşlı İrem Aşkın 3 aya bütün Quranı hifz edib.

Müqəddəs kitabı oxumaq üçün dərnəyə yazılan gənc xanım qısa müddətdə onu hifz etməyi bacarıb. “Müəllimim çalışqanlığımı gördükdən sonra, Quranı hifz etmək üçün tapşırıq verməyə başladı.

1-dən 5-ə, 5-dən 7-ə, 7-dən 10 səhifəyə qədər artırdı. Ev tapşırığımı səhvsiz oxuduğumu başa düşəndə gündəlik hifz etmə sayım 15 səhifəyə və nəhayət 1 cüzə qədər artdı.

Valideynlərim çox xoşbəxt idi, mən də. Təhsilimi bitirdikdən sonra sevincimin həddi-hüdudu yox idi”, - deyə15 yaşlı Quran hafizi danışır.

"Deyerler.org"un iqna.ir-a istinadən verdiyi xəbərə görə, müəllimi İ.Aşkın əvvəlcə adi bir sinifdə oxuduğunu, daha sonra Quranı hifz etmək üçün təlim edilən sinifə keçdiyini söylədi.

Müəllimi 15 yaşlı tələbənin hafizə və bacarığından təəccüblənmişdi: "Belə bir hafizə nadir hallarda olur”.

Qadınların Quran Tədris Mərkəzinin rəhbəri Nihal Sevinc Müqəddəs Kitabını 93 gün ərzində hifz etmək bacarığına çox təəccübləndi, çünki müqəddəs kitabı hifz etmək ümumilikdə bir neçə il çəkir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930