Kərbəlada müqəddəs məkanların qarşısını kəsən binalar söküləcək
Mьəllif: Admin
Tarix: 14-07-2021, 10:30
Bцlmə: Xəbərlər
Kərbəlada müqəddəs məkanların qarşısını kəsən binalar söküləcək
Kərbəla Bələdiyyəsi İmam Hüseyn (ə) və qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahları arasındakı Beynul Hərəmeyn meydanı ətrafındakı ərazilərdəki müqəddəs məkanların görünüşünü məhdudlaşdıran binaların əlavə mərtəbələrinin söküləcəyini açıqlayıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Kərbəla bələdiyyəsinin sədri Əbir Səlim Nasir mətbuata verdiyi açıqlamasında bunları deyib: “Kərbəla şəhər qanun və qaydalarına zidd olaraq inşa edilən bir çox otelin sökülməsinə ehtiyac var.

Mövcud qanunlara və Kərbəla şəhərinin planına əməl etməyən və hündürlüyü çox olan və İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının görünməsinin qarşısını alan lüks binalar inşa edən bir çox otel tikintisi layihəsi var.

Qanuna görə, ziyarətgahın görünməsinə mane olan binanı tikməyə heç kimin haqqı yoxdur və bu səbəbdən 9 mərtəbədən çox olan binalara yuxarı mərtəbələrin sökülməsi üçün 10 gün vaxt verilir.

Ən azı altı qaydanı pozan bina aşkar edilərək xəbərdarlıq edilmişdir və yaxın 10 gün ərzində bu binaları sökməsələr, bələdiyyə təcili tədbirlər görəcək.

Ziyarətgahdan uzaq ərazilərdə hündürmərtəbəli binaların mövcudluğu maneəsizdir, lakin bu ərazinin ətrafında şəhər qaydalarına riayət olunmalı və görmə maneələri aradan qaldırılmalıdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930