İsrail rejimi Qəzzaya bir tonluq bombalarla hücum edir
Mьəllif: Admin
Tarix: 18-05-2021, 23:12
Bцlmə: Xəbərlər
İsrail rejimi Qəzzaya bir tonluq bombalarla hücum edir
Sionist İsrail rejiminin ordusu Qəzzada bir tonluq MK84 "BL177" bombalarından istifadə edir.

Deyerler.org xəbər verir ki, İsrail rejiminin döyüş təyyarələri bu gün (18 may) də Qəzzaya qarşı təcavüzkar hücumlarını davam etdirib.

Şahidlərdən alınan məlumata görə İsrail rejiminin təyyarələri Xan Yunus şəhərində bəzi nöqtələrə zərbə endirib.

Sionist ordusu mühasirədə olan Qəzzaya bu gecə 60 təyyarə ilə 65 hücum təşkil etdiyini açıqlayıb.

Açıqlamada hücumlarda Cibaliya, Əz-Zeytun və Ər-Rimal bölgələrindəki HƏMAS-a aid hədəflərin vurulduğu və HƏMAS rəhbərlərinin evlərinin də hədəfə alındığı qeyd edilib.

İsrail rejiminin ordusu bu gün İordaniya yaxınlığındakı Ağvar bölgəsindəki Vadi Əl-Uyunda pilotsuz uçuş aparatının (PUA) vurulduğunu elan edib.

Sionist ordusunun sözçüsü Avixai Adri İsrail rejimi qüvvələrinin pilotsuz təyyarəni izlədiyini və İsrail rejiminin hava məkanına yaxınlaşan anda vurduğunu bildirib.

PUA-nın İordaniyadan işğal altındakı Fələstin sərhədinə doğru hərəkət etməsinə baxmayaraq, əsas mənbəyi hələ bilinmir və təfərrüatları açıqlanmayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930