İsrail rejimi Qəzzada 6 nəfərlik ailəni qətliam etdi
Mьəllif: Admin
Tarix: 15-05-2021, 10:12
Bцlmə: Xəbərlər
İsrail rejimi Qəzzada 6 nəfərlik ailəni qətliam etdi
Qəzzanın şimalındakı Beyt Hanun şəhərində yaşayan Tanani ailəsinin bütün üzvləri, yuxuda ikən ana bətnindəki körpələri də daxil olmaqla İsrail rejimi tərəfindən qətliam edilib.

Deyerler.org xəbər verir ki, dünən (13 may) gecə həyata keçirilən hücumlar zamanı Rafət (38), Raviyə Əbu Asr (35) ilə bətnindəki körpəsi və övladları İsmayıl (6), Əmir (5), Əthəm (5) və Muhamməd (3) həyatını itiriblər.

Hücumda ölən Rafətin qardaşı Hatim Ət-Tanani belə deyir: “Qardaşımın evi xəbərdarlıq edilmədən birbaşa birdən çox raketlə vuruldu”.

O, ev vurulanda qardaşı Rafətlə telefonda danışdığını və vurulma səsini eşitdiyini bildirərək, belə danışıb: “Qardaşımın evi də əvvəlcədən xəbərdarlıq edilmədən birbaşa çoxsaylı raketlərlə vuruldu”.

Bu arada, Qəzzadakı Səhiyyə Nazirliyi bu gün İsrail rejiminin Qəzzaya etdiyi hücumlarda şəhid sayının 122 nəfərə yüksəldiyini açıqlayıb. Nazirliyin açıqlamasında, hücumlarda həyatını itirənlərdən 31 uşaq, 19 qadın, yaralı sayının 900 nəfərə çatdığı qeyd edilib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031