ABŞ İsrail rejimindən İrana qarşı boşboğazlığı azaltmağı istədi
Mьəllif: admin1
Tarix: 18-04-2021, 14:30
Bцlmə: Xəbərlər
ABŞ İsrail rejimindən İrana qarşı boşboğazlığı azaltmağı istədi
Bildirilir ki, ABŞ rəsmiləri İsrail rejiminin İranın nüvə obyektlərinə edilən hücumlarla bağlı boşboğazlığı kəsməsini istəyib.

Deyerler.org xəbər verir ki, İsrael National News-un xəbərinə əsasən, ABŞ-ın prezidenti Cozef Bayden administrasiyası bu yaxınlarda İsrail rejiminin İranın nüvə obyektlərinə qarşı iddia edilən hücumlarla bağlı boşboğazlığı kəsməsini tələb edib.

Məlumata görə, tələb çoxlu kanal vasitəsilə sionist rejimə çatdırılıb.

ABŞ rəsmilərinin İsrail rejiminə verdiyi məlumata görə, İsrail rejiminin rəsmilərinin Tehranın nüvə proqramına qarşı təxribat əməliyyatları ilə əlaqəli sızmalarının ABŞ-ın İranı danışıqlar masasına qaytarmaq səylərini pozduğu bildirilib.

Xəbərdarlıq bu həftə Natanz yeraltı nüvə obyektindəki partlayışdan sonra baş verib.

İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salihi Natanz zavoduna edilən hücumu nüvə terroru kimi qınamış və İranın qisas ala biləcəyinə eyham vurmuşdu.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hadisədə İsrail rejimini ittiham etmiş və intiqam alacaqlarına vəd vermişdi.

İsrail rejimi Natanzdakı hadisəyə rəsmi olaraq şərh verməsə də, aprelin 11-i Nyu-York Tayms qəzetinə danışan iki kəşfiyyat rəsmisi hadisədə İsrail rejiminin rolu olduğunu söyləmişdi.

Rəsmilər partlayışın İranın uran zənginləşdirmə qabiliyyətinə ciddi zərbə vurduğu üçün Natanzın istehsalını bərpa etmək üçün ən azı doqquz ay çəkə biləcəyini söyləmişdilər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930