ABŞ-da 2 müsəlman qadına qarşı zorakılıq baş verdi
Mьəllif: admin1
Tarix: 3-04-2021, 22:27
Bцlmə: Xəbərlər
ABŞ-da 2 müsəlman qadına qarşı zorakılıq baş verdi
ABŞ-ın Kaliforniya ştatında bir müsəlman qadınının avtomobilinin şüşələri sındırıldıqdan və təkərləri kəsildikdən sonra avtomobilinə donuz əti və kəsilmiş donuz ayaqları atılıb.

Yerli mediada yer alan xəbərlərə görə, San-Rafel şəhərindəki bir xəstəxanada mühafizəçi işləyən və soyadını bildirməyən Reşmika adlı müsəlman qadının avtomobili xeyli ziyan çəkib.

Polis hadisənin nifrət cinayəti olub-olmadığı ilə bağlı istintaq başladıb.

Amerika-İslam Münasibətləri Şurası San-Fransisko Bay-Area bölgəsindəki Santa-Klaradakı bir şerif müavininin tutduğu müsəlman bir qadının hicabını çıxartmağa məcbur etdiyini açıqlayıb.

Şurada insan haqları və hüquqi məsləhət xidməti göstərən Ammad Rafiqi adını açıqlamadığı Somali əsilli qadının fevral ayında məişət zorakılığı şübhəsiylə tutulduğunu, həbs zamanı hicabını çıxarması istənildiyini və əməl etmədiyi təqdirdə zorla çıxarılacağının söyləndiyini vurğulayıb.

Qadının fotoşəkili çəkilərkən hicabını çıxarmağa məcbur edildiyini deyən Rafiqi konstitusiya hüquqlarının pozulduğunu və polisin qadından üzr istəməli olduğunu bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930