ABŞ-ın Suriyadan neft oğurladığı anların görüntüləri
Mьəllif: admin1
Tarix: 2-04-2021, 10:06
Bцlmə: Xəbərlər
ABŞ-ın Suriyadan neft oğurladığı anların görüntüləri
Sputnik-in müxbiri ABŞ qüvvələrinin Suriya Demokratik Qüvvələrinin (DSQ) nəzarətində olan Rumeylan bölgəsindəki quyudan neft oğurladığı və İraqa apardığı anların görüntülərini və fotolarını əldə edib.

Deyerler.org xəbər verir ki, Sputnik-in ərəb bölməsinin müxbirinin əldə etdiyi görüntülərdə, ölkədəki ABŞ qüvvələri, Suriya-İraq sərhədi yaxınlığındakı Suveyda Muhamməd Əl-Dəham və Suveyda Muhamməd Əl-Aylan kəndləri arasındakı quyudan sisternlərlə İraqın Kürd Regional Rəhbərliyinə aparmaq üçün neft doldurur.

Müxbirin əldə etdiyi videoda tankerin İraqa getdiyi anlar da var.

ABŞ-ın gündəlik yüzlərlə sistern doldurub, qanunsuz yollarla ölkədən çıxarıldığı və İraqa apardığı bildirilir.

Suriya Ərəb Xəbər Agentliyi (SANA) də keçən həftələrdə ABŞ-ın oğurlanmış neftlə dolu 300 sisterni İraqa apardığını bildirmişdi.

ABŞ-ın Suriyadakı ən böyük hərbi bazalarından biri Rumeylan bölgəsindədir.

Suriyanın şimal-şərqindəki neftlə zəngin olan Əl-Hasəkə, Deyr Əz-Zor və Raqqa əyalətləri ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (DSG) nəzarəti altındadır.




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930