35 fələstinli qadın sionist rejimin həbsxanalarında ağır şəraitdə saxlanılır
Mьəllif: admin1
Tarix: 9-03-2021, 23:25
Bцlmə: Xəbərlər
35 fələstinli qadın sionist rejimin həbsxanalarında ağır şəraitdə saxlanılır
Fələstinli Hərbi Əsirlər və Sərbəst buraxılan Məhkumlar Komitəsi sionist İsrail rejiminin 11 hamilə qadın daxil olmaqla 35 fələstinli qadını ittiham olmadan həbs etdiyini bildirib.

Dünən (8 mart) komitə sionist rejimin fələstinli qadın məhbuslara qeyri-insani münasibət bəslədiyini bildirərək, onlara qarşı edilən tibbi səhlənkarlığı, fiziki və psixoloji işgəncələri qeyd edib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, komitə qadın məhkumların sionit rejimin Al-Damon həbsxanasında ağır həyat şəraitindən əziyyət çəkdiyini, hər tərəfdə, hətda təmizlik otaqlarında yerləşdirilmiş kameraların qadın məhbusların hərəkətini məhdudlaşdırdığını, onların şəxsi həyatına müdaxilə etdiyini, onlara verilən ərzaqların əksəriyyətinin istifadə müddətinin keçdiyini vurğulayıb.

Mərkəz KOVİD-19 pandemiyasının başlandığı və virusa tutulanların sayının artmasından etibarən, İsrail rejiminin həbsxana rəhbərliklərinin qadın fələstinli məhbuslara heç bir əhəmiyyət vermədiyini və bunun əksinə olaraq, onların ən sadə sanitariya şəraitindən, dezinfeksiyaedici və təmizləyici maddələr kimi ümumi vasitələrdən məhrum olmamasını qeyd edib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031