Avropa Parlamentinin üzvü: “İrana qarşı sanksiyalar iqtisadi terrorizmdir”
Mьəllif: admin1
Tarix: 2-03-2021, 21:29
Bцlmə: Xəbərlər
Avropa Parlamentinin üzvü: “İrana qarşı sanksiyalar iqtisadi terrorizmdir”
Avropa Parlamentinin irlandiyalı üzvü ABŞ-ın təslim olmayan ölkələrə qarşı sanksiyaları silah kimi istifadə etdiyini söyləyərək, sanksiyaların BMT-nin təsdiqi olmadan iqtisadi terror olduğunu söyləyib.

Deyerler.org xəbər verir ki, İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Vallas ABŞ-ın İran, Suriya və Kuba kimi ölkələrə qarşı qanunsuz sanksiyalarını bir daha tənqid edib.

Vallas bu gün (2 mart) Tvitterdə yayımladığı bir videoda bunları deyib: “Bu sanksiyalar BMT-nin təsdiqi olmadan iqtisadi terrorizmdir.

Son 20 ildə, bir və ya bir qrup ölkənin digər hökumətlərə və ya şəxslərə qarşı sanksiyaların istifadə edilməsində, əksər hallarda insan haqlarının pozulmasına cavab olaraq dramatik artım gördük.

Bu müxtəlif sanksiya növlərinin istifadəsi ənənəvi olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən asanlaşdırılıb və beynəlxalq hüquqda açıq şəkildə təsvir edilmişdir.

1990-cı illərdən bəri BMT Təhlükəsizlik Şurası xaricində birtərəfli sanksiyalara müraciətdə ciddi artım var. Bunların əksəriyyəti ABŞ tərəfindən edilir.

Təəssüf ki, bu tədbir hazırda Avropa İttifaqı tərəfindən artırılır. Bu, beynəlxalq hüququn tamamilə pozulmasıdır”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930