Səudiyyə şahzadəsi ölkə qanununu dəyişdirir
Mьəllif: admin1
Tarix: 9-02-2021, 10:24
Bцlmə: Xəbərlər
Səudiyyə şahzadəsi ölkə qanununu dəyişdirir
Səudiyyə Ərəbistanının vəliəhdi və krallığın baş nazirinin birinci müavini Məhəmməd ibn Salman ibn Əbdül Əziz əs-Səud ötən gün qanunvericiliyi təkmilləşdirmək üçün islahatlar aparacağını açıqlayıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Məhəmməd ibn Salmanın sözlərinə əsasən, krallıq hüquqları qorumaq, ədalət və şəffaflıq prinsiplərini gücləndirmək üçün qanunları dəyişdirərək, təkmilləşdirərək, qanunverici sistemidə islahat edir.

Hazırlanmaqda olan dörd normativ akt arasında şəxsi vəziyyət haqqında qanun, mülki müqavilələr haqqında qanun, sübutlar haqqında qanun və cinayət məcəlləsi olduğu söylənib.

Vəliəhd şahzadənin məlumatına əsasən, qanun layihələri əvvəl hökumətə, daha sonra Məsləhət Şurasına (qanunverici orqan) baxılmaq üçün təqdim ediləcək. Qanunların bu il qəbul edilməsi planlaşdırılır.
(eastnews.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930