Gürcüstanın baş naziri İran XİN başçısı ilə görüşüb
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:45
Bцlmə: Xəbərlər
Gürcüstanın baş naziri İran XİN başçısı ilə görüşüb
Ölkənin baş naziri Giorgi Qaxariya İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

24News.ge xəbər verir ki, görüşdə bölgədə vəziyyət və baş vermiş son hadisələr müzakirə olunub.

Tərəflər bölgənin iqtisadi inkişafında və sabitliyin təmin olunmasında Gürcüstanın vacib rolunu nəzərdən keçiriblər.

Görüşdə ikitərəfli və regional münasibətlərə də toxunulub. İkitərəfli münasibətlər kontekstində ticari-iqtisadi əlaqələrin inkişafı, iki ölkə arasında nəqliyyat əlaqələri, mövcud potensialın istifadəsi və bu sahədə mövcud problemlərin zamanında həllinə dair fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı hər iki ölkədə pandemiya ilə bağlı vəziyyət və gələcək planlar da müzakirə olunub.

M.C.Zərif İranın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini təsdiqləyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930