Sionist rejim koronavirus peyvəndini Qəzzaya vermək istəmir
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:30
Bцlmə: Xəbərlər
Sionist rejim koronavirus peyvəndini Qəzzaya vermək istəmir
Sionist İsrail rejiminin iki sionist əsgərin azadlığa buraxılana qədər koronavirus peyvəndinin Qəzzaya verilməsinə icazə verməyəcəyi bildirilib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İsrail rejimini Xarici İşlər Komitəsinin üzvləri ilə Knessetin təhlükəsiz komissiyası arasında keçirilən görüşdə belə bir qərarın qəbul edildiyi bildirilib..

Rai Al-Youm qəzetinin yazdığına görə, qaldırılan məsələlərin “həssaslığı” səbəbindən Knessetdə olan ərəb nümayəndələri bu komitədə iştirak etmirlər.

Xüsusilə, bu toplantılarda Sionist rejimin təhlükəsizlik qurumlarının bütün rəhbərləri vaxtaşırı olaraq, Sionist rejimin və Yaxın Şərqin təhlükəsizlik məsələlərində son inkişaflar barədə hesabatlar təqdim edirlər.

Bu toplantıda iki sionist əsgərin ailələri iştirak ediblər. Komissiya üzvlərindən və sionist ordusunun nümayəndələrindən Qəzzaya hər hansı bir tibbi cihazın buraxılmamasını istəyiblər.

Ailələrdən biri, işğal altındakı Qüdsdə Sionist Ali Məhkəməsinə iddia açdığını söyləyib. Məhkəmə tələbə də cavab olaraq, Qəzzaya peyvənd verilməyəcəyini söyləyib.

Ailələr sionist səlahiyyətlilərindən İsrail rejiminin 2 əsgərinin azadlığa buraxılması üçün Fələstinin müqavimət qüvvələri ilə əlaqə saxlamağı tələb ediblər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930