"Tvitter" Ayətullah Xameneinin hesabının fəaliyyətini dayandırdı
Mьəllif: admin1
Tarix: 23-01-2021, 10:20
Bцlmə: Xəbərlər
"Tvitter" Ayətullah Xameneinin hesabının fəaliyyətini dayandırdı
"Tvitter" İslam İnqilabı rəhbəri Ayətullah Xameneiyə məxsus olan "@khamenei_site" hesabının fəaliyyətini dayandırıb.

Ayətullah Xameneiyə aid hesabda Trampın şəkli ilə birlikdə "İntiqam qaçılmazdır" başlığı ilə aşağıda yer alan ifadələr səbəbilə "Tvitter" tərəfindən bloklandığı düşünülür:

"Süleymaninin qatilindən və Süleymaninin öldürülməsini əmr edən şəxsdən qisas alınacaq. Süleymaninin ayaqqabıları qatilin başından daha şərəfli olsa da, qatilin başı Süleymaninin ayaqqabılarının dəyəri qədər olmasa da, nəticədə bir səhv etdilər və intiqam qaçılmazdır.

Həm sifariş verən, həm də qatil bilməlidir ki, mümkün olan hər intiqam alınacaq".

Birdən çox hesabı olan Ayətullah Xameneinin digər hesabları aktiv vəziyyətdədir.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930