Tənqid nədir, qeybət nədir, töhmət nədir?
Mьəllif: admin1
Tarix: 15-12-2020, 21:18
Bцlmə: Xəbərlər
Tənqid nədir, qeybət nədir, töhmət nədir?
Tənqid, qeybət və töhmət arasında hansı fərqlər vardır?

Bu suala cavab vermək üçün hər bir sözün mənasını bilmək lazımdır.

Tənqid.

İnsan əməlinin yaxşı və pis tərəflərini üzə çıxardıb, onun eyiblərini şərh etmək tənqid adlanır.

Qeybət.

Qeybət odur ki, o kəsin eyibləri barəsində danışasan ki, həmin məclisdə iştirak etmir və onun barəsində deyilənləri eşitmir. Və əgər eşidərsə, çox narahat olar.

Töhmət.

Bir başqasının əməlini iftira səciyyəli formada qələmə vermək – ona töhmət vurmaqdır. Yəni, töhmət odur ki, insanın hansısa bir hərəkətini mənfiyə yozub, onu yanlış olaraq pis hərəkətdə ittiham edirlər.

İstər bu iftira insanın şəxsi həyatına aid olsun, istərsə də ictimai həyatına – fərqi yoxdur. Hər bir halda töhmət hesab olunur.

Allah Təala bizləri bütün pis sifətlərdən Özü qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930