Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib
Mьəllif: admin1
Tarix: 15-12-2020, 11:25
Bцlmə: Xəbərlər
Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib
Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.

Məlumata əsasən, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.

“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, - Lavrov belə deyib.

Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930