İraqlı uşaqlar terrorizmin və işğalın ən böyük qurbanlarıdır
Mьəllif: admin1
Tarix: 24-11-2020, 20:55
Bцlmə: Xəbərlər
İraqlı uşaqlar terrorizmin və işğalın ən böyük qurbanlarıdır
Müharibə illəri, Amerikanın İraqı işğal etməsi və sonra Qərbin, ərəb ölkələrinin, sionist rejimin dəstəklədiyi terrorizmin ortaya çıxması, iraqlı uşaqları bu acınacaqlı vəziyyətin ən böyük qurbanına və girovuna çevirdi.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, iraqlı uşaqlar müharibələrin müxtəlif dövrlərində, mühasirəyə, müxtəlif fiziki, zehni və psixoloji travmalara məruz qalıb.

Uzun illər ərzində Səddam rejiminin bölgədəki təcavüzü və təxribatları, nəticədə bu ölkəyə qarşı qlobal iqtisadi sanksiyaların tətbiqi və neft müqabilində qida alınması siyasətinin həyata keçirilməsi, iraqlı uşaqlar üçün kədərli mərhələnin başlanğıcı ola bilər.

Sanksiyalar dövrü bir çox uşaqlar aclıq və az qidalanma ucbatından həyatını itirir. Həmin dövrdə yayımlanan bəzi statistik məlumatlara görə, 1,5 milyon iraqlı uşaq bu ağır vəziyyətin qurbanı olub.

2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi və ölkənin işğal etməsi, İraq xalqı üçün, xüsusilə də uşaqları üçün bir çox çətin mərhələnin başlanğıcını qoydu.

Bu müddət ərzində onların bir çoxu həyatını itirdi, yaralandı, şikəst oldu, valideynsiz qaldı. 2003-2008-ci illərdə təcavüz və hərbi əməliyyatlar nəticəsində təxminən 500 milyondan bir milyona qədər iraqlı həyatını itirib.

“The Lancet” tibbi jurnalının araşdırmaları göstərir ki, 2003-2006-cı illərdə 650.000-dən çox iraqlı həyatnı itirib və 2003-2008-ci illərdə İraqda ölənlərin sayı 1 milyonu keçib, onların əksəriyyətinin uşaq olması bildirilir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930