Yəmən şiddətli aclıq təhlükəsi altındadır
Mьəllif: admin1
Tarix: 23-11-2020, 22:02
Bцlmə: Xəbərlər
Yəmən şiddətli aclıq təhlükəsi altındadır
Təcili tədbir görülməsə, Yəmən dünyanın on illərdir üzləşmədiyi aclıqla qarşı-qarşıya qalacaq. Bu haqda BMT-nin baş katibi Antonio Quterreşin açıqlamasında deyilir.

BMT rəhbəri hesab edir ki, bu prosesin səbəbi Yəmən üçün fövqəladə proqramların həyata keçməsində maliyyələşdirilmənin azaldılmasıdır.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə əsasən, Quterreş Yəməndə davam edən döyüş əməliyyatlarının maliyyələşdirmə prosesini zəifləməsinə səbəb olduğunu bildirir.

BMT-nin baş katibi ölkəyə təcili yardım göstərməyə və vəziyyəti pisləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

İyunun 25-də BMT baş katibinin İnsani Məsələlər üzrə müavini Mark Loukok, ölkəyə əhəmiyyətli maddi yardım göstərilməyəcəyi təqdirdə, çox sayda yəmənlinin aclıqdan ölə biləcəyi haqqında xəbərdarlıq edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930