Gürcüstanda Parlament seçkiləri keçirilir
Mьəllif: admin1
Tarix: 31-10-2020, 10:13
Bцlmə: Xəbərlər
Gürcüstanda Parlament seçkiləri keçirilir
Bu gün Gürcüstanda 10-cu çağırış parlamentinə seçkilər keçirilir.

Ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Seçkilər ilk dəfə olaraq qarışıq sistem üzrə keçirilir. 150 deputatın 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək.

Qanunverici orqanda yer uğrunda 48 siyasi partiya və 2 blok olmaqla 50 seçki subyekti mübarizə aparır.

Vahid seçici siyahısında 3 526 023 seçici var ki, onların da 14 170-i xaricdədir.

Səsvermə prosesini müşahidə etmək üçün 132 yerli, 23 beynəlxalq təşkilat və 20 səfirlik qeydiyyata alınıb.

Seçkiləri 118 yerli və xarici mətbuat orqanlarının 5 971 nümayəndəsi işıqlandırır.


www.24news.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930