Fransa prezidenti E.Makronun müsəlmanları təhqir etməsini şiddətlə qınayırıq
Mьəllif: admin1
Tarix: 28-10-2020, 22:04
Bцlmə: Xəbərlər
Fransa prezidenti E.Makronun müsəlmanları təhqir etməsini şiddətlə qınayırıq
Sentyabr ayının 16-da mənfur “Charlie Hebdo” jurnalının müqəddəs kitabımız “Qurani-kərim”i təhqir etməsi ilə əlaqədar hiddətimizi imzaladığımız birgə bəyanatda ifadə etmişdik.

Söz dəllallarının “söz azadlığı” bəhanəsinin əslində saxta demaqogiya olduğunu da vurğulamışdıq.

"Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" bu dəfə Fransa prezidenti E.Makronun müsəlmanları təhqir etməsini də şiddətlə qınayır və bildiririk ki, Fransa prezidentinin özü indi terrorçuya daha çox oxşayır. Balıq, doğrudan da başdan iylənirmiş!

Makron bilməmiş deyil ki, Hz.Peyğəmbərimizin (s) karikaturasını çəkmək qəti qəbuledilməzdir! O, sanki gizli şəkildə müsəlmanları cinayətə təhrik edir. Onun dünyəviliyi budursa, yazıqlar olsun!

Biz Fransa prezidentinin hər cür əxlaqdan uzaq hərəkətini qəti şəkildə qınayırıq! Böhran içində olan o özüdür, biz deyilik!

Uca Allah batillərin cəzasını özü verər, inşallah!

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930