Qəzzada yaşayan fələstinli müəllim dünyanın ən yaxşı müəllimi seçilib
Mьəllif: admin1
Tarix: 24-10-2020, 11:31
Bцlmə: Xəbərlər
Qəzzada yaşayan fələstinli müəllim dünyanın ən yaxşı müəllimi seçilib
Sionist rejimin 2006-cı ildən bəri mühasirədə saxladığı Qəzzada yaşayan müəllim dünyanın ən yaxşı müəllimi seçilib

Maide.Az xəbər verir ki, Qəzzanın şimalında yerləşən “Halima Al-Saadiyah” qızlar məktəbinin müəllimi Əsma Mustafa Hindistanın “AKS Education Award” müəssisəsi tərəfindən 2020-ci ildə dünyanın ən yaxşı müəllimi seçilib.

Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə, İngilis dili müəllimi çalışan Ə.Mustafa bu sahədə yaradıcılıq və yenilik etdiyi, o cümlədən "İngilis dilini bilməyənlərə ingilis dilini öyrətmək üçün 45 oyun" adlı kitab yazdığına görə, 2020-ci ildə dünyanın ən yaxşı müəllimləri yarışmasına qatılıb və bu yarışmanın qalibi olub.

Fələstinli müəllim bir çox beynəlxalq təhsil müəssisəsinin üzvüdür. O Microsoft, Google, Apple və National Geographic kimi müxtəlif qlobal şirkətlərlə çalışır.

Qeyd edək ki, Hindistanın “AKS Education Award” müəssisəsi ötən il dünyanın ən yaxşı 100 müəlliminin siyahısını təqdim etmişdi. Həmin siyahıda da Fələstinli müəllim Əyad Əhməd Əs-Suqi dünyanın ən yaxşı 100 müəalliminin siyahısına daxil edilmişdi.

Xatırladaq ki, İsrail rejimi 2 milyona yaxın fələstinlinin yaşadığı Qəzza zolağını 2006-cı ildən bəri quru, hava və dənizdən müsahirədə saxlayır.

Sionist rejimin gündəlik mühasirəsinə, zorakılıqlarına və təcavüzünə rəğmən, fələstinlilər həmişə elm və bilik sahəsində üstün olublar və özlərini dünyanın ən yaxşıları sırasına qaldırıblar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930