ABŞ Suriyada yeni hərbi baza inşa edir
Mьəllif: admin1
Tarix: 13-10-2020, 12:29
Bцlmə: Xəbərlər
ABŞ Suriyada yeni hərbi baza inşa edir
ABŞ ordusu Suriyanın şərqində yeni hərbi baza inşa edir.

Deyerler.org xəbər verir ki, ABŞ hərbi qüvvələri Suriyanın cənub-şərqindəki Deyr Əz-Zor əyalətindəki Əl-Bağuz bölgəsində yeni bazanın inşasına başlayıb.

Sputnik informasiya agentliyinin Əl-Hasəkə əyalətindəki (Suriyanın şimal-şərqindəki) müxbiri Deyr Əz-Zor vilayətindəki yerli mənbələrə istinadən, ABŞ ordusunun bir neçə gün əvvəl Fərat çayının qərb sahilindəki Suriyanın nəzarətində olan mövqeləri qarşısında baza inşasına başladığını bildirib.

Mənbələr Suriya ərazisindəki bu qanunsuz bazanın qurulmasında ilk addımların bölgəyə texniki təçhizat avadanlığını gətirməsi üçün helikopterlər üçün bir uçuş-enmə meydançası hazırlanması ilə başladığını söyləyib.

Mənbələr, həmçinin ABŞ hərbçilərinin bazar ertəsi günü Suriya Demokratik Qüvvələri (SDQ) kimi tanınan kürd yaraqlılarını bazanın ətrafında bir neçə nöqtəyə yerləşdirdiyini söyləyib.

Məlumata görə, ABŞ əsgərləri Deyr Əz-Zor vilayətində, xüsusən Suriyanın neft və qaz yataqları yaxınlığında yeni bazanın kənarındakı üç qanunsuz bazada yerləşdirilib.

Digər tərəfdən adı çəkilən mənbələr, ABŞ ordusunun SDQ yaraqlıları ilə birlikdə Ziban, Əl-Həvayc, Əl-Bəsirə və Əl-Şəhil bölgələrindəki mülki şəxslərin evlərinə hücum edərək əlli nəfərdən çox sakini üçüncü gündür həbs etdiyini bildirib.

Mənbələr, eyni zamanda ABŞ ordusu və qüvvələrinin bölgədəki motosikletləri ələ keçirdiyini və bunun Suriya xalqının qəzəbinə səbəb olduğunu bildirib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930