Amerikalı senator Sanders: “Tramp xəstə yalançıdır”
Mьəllif: admin1
Tarix: 13-10-2020, 12:28
Bцlmə: Xəbərlər
Amerikalı senator Sanders: “Tramp xəstə yalançıdır”
ABŞ Senatındakı müstəqil senator prezident Donald Trampı xəstə yalançı adlandırıb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Vermont senatoru Berni Sanders ABŞ-ın prezidenti Donald Trampın ikinci dövründə daha yaxşı səhiyyə xidməti iddiasına Twitter üzərindən belə reaksiya verib:

“Son dörd ildə Tramp eyni şeyi söylədi. Təəssüf ki, xəstə yalançıdır və yeganə planı sözlərini təkrarlamaqdır. 20 milyon insandan sağlamlıq sığortasını götürdü və mövcud şərtlərə dəstəyi sona çatdırdı. Bu Trampın məğlub edilməsinin bir səbəbidir”.

Sanders Trampıın səhiyyə sığortası ilə bağlı tvit yazan bir şəklini paylaşaraq, bunları qeyd edib: “Obamanın (“Obamacare” kimi tanınan) tibbi sığortasından qat-qat üstün olan, daha ucuz və daha səmərəli tibbi sığortamız olacaq”.

Bir neçə gün əvvəl Sanders Twitter-dəki mesajında bu ölkədə keçiriləcək seçkilərin (3 noyabr) Trampla demokratiya arasındakı seçim olduğu barədə xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930