Azərbaycanın Müdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq edib
Mьəllif: admin1
Tarix: 4-10-2020, 11:01
Bцlmə: Xəbərlər
Azərbaycanın Müdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq edib
Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Bu barədə SalamNews Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək", - deyə xəbərdarlıqda bildirilir.
(SalamNews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930