Kanadalı həkim xəstələri müalicəsi üçün Quran da oxuyur
Mьəllif: admin1
Tarix: 1-10-2020, 22:25
Bцlmə: Xəbərlər
Kanadalı həkim xəstələri müalicəsi üçün Quran da oxuyur
Hindistan mənşəli kanadalı həkim xəstələrinin daha sürətli yaxşılaşmasına kömək etmək üçün Quran oxuyur. Caqdiş Anand Kanadada aparıcı oftalmoloqdur.

Bir neçə ildir klinikanı qurub və idarə edir. Maraqlıdır ki, müsəlman olmasa da, klinikasında həmişə Quran səsləndirir. Əsasən "Yasin" və "Ər-Rəhman" surələrini dinləyir.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, doktor Caqdiş Qurani-Kərimin bütün insanlara nazil edildiyini deyir.

O, Quran oxumağın faydalarını izah edərək, klinikadakı mühiti xəstələrin müalicəsi üçün daha dinc və təsirli hala gətirdiyini söyləyir.

Onun sözlərinə görə, aparılan araşdırmalar "Əl-Rəhman" surəsini beş dəfə dinləməyin bəzi göz xəstəliklərini müalicə etdiyini göstərib.

Caqdiş klinikasında fəaliyyətə başlayandan həmişə Quranın sədaları altında işlədiyini söyləyir. O və xəstələri Quranı dinləyərək mənəvi rahatlığa qovuşur.

Bəzi xəstələr ondan Qurani-Kərimin oxunmasını niyə yayımladığını soruşur. Bəziləri isə onları İslama dəvət etmək istədiyini düşünür.

İslamın ali din olduğunu xatırladan doktor Caqdiş, İslamla bağlı yalan fikirlərin aradan qaldırılmasına çağırır.

Bütün dinlərə hörmət edir və kiçik fərqlərdən asılı olmayaraq bütün səmavi dinlərin eyni mesaj verdiyini söyləyir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930