Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü
Mьəllif: admin1
Tarix: 24-09-2020, 12:15
Bцlmə: Xəbərlər
Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.

24News.ge xəbər verir ki, hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.

Görüşdən sonra XİN başçılarının birgə brifinqi olacaq.

Qeyd edək ki, C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.

Nazir Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930