Kərbəla qapılarını zəvvarlara açdı - Ərbəin təhlükəsizlik planının təfərrüatları
Mьəllif: admin1
Tarix: 17-09-2020, 21:25
Bцlmə: Xəbərlər
Kərbəla qapılarını zəvvarlara açdı - Ərbəin təhlükəsizlik planının təfərrüatları
Kərbəla qapılarının İmam Hüseynin (ə) Ərbəin zəvvarlarını qarşılamaq üçün açıldığı elan olunan kimi, təhlükəsizlik komandirləri Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin dəstəyi ilə Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün xüsusi plan hazırladıqlarını elan ediblər.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, bu plan səfər ayının əvvəlindən başlayır və ayın 21-də sona çatır. Plana görə səfər ayı gələn kimi Kərbəlaya əlavə qüvvələr girəcək.

Kərbəla vilayəti planı çevik şəkildə həyata keçirmək məqsədi ilə dörd oxa bölünəcək: şimal, cənub, qərb və şərq.

Kərbəla əməliyyatlarının komandiri general-mayor Əli Əl-Haşimi dünən (16 sentyabr) gecə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında təşkil olunan təhlükəsizlik konfransında bunları deyib:

“Plan Kərbəla Əməliyyat Komandanlığı, Ordu Polisi və Hava Qüvvələri Komandanlığının təhlükəsizlik komandirləri və Əl-Həşduş Şəbi Qüvvələri tərəfindən hazırlanmışdır”.

Əl-Haşimi İraqın baş qərargah rəisinə zəvvarların Kərbəlaya keçməsini asanlaşdırmaq və beton körpüdəki hissələrin hərəkətini asanlaşdırmaq üçün Əl-Musəyyib şəhərində üzən bir körpü qurulması üçün müraciət edib.

Digər tərəfdən, İraqın baş qərargah rəisi general-polkovnik Əbdüləmir Rəşid Yarallah bu layihənin uğurlu olması üçün bütün təhlükəsizlik, tibbi və mühəndis ehtiyaclarının qarşılanacağını vurğulayıb.

Yarallah Ərbəin ziyarətinin təhlükəsizliyini təmin etmək üçün bütün sahələrdə əməkdaşlıq yolu ilə Əl-Həşdu Şəbi qüvvələrinin böyük və təsirli rolunu təqdir edib.

Əl-Abbas həbrbi briqadası (Əl-Həşduş Şəbinin 26-cı diviziyasının qüvvələri) də 5000 könüllünün Ərbəin layihəsində iştirak edəcəyini elan edib və girişlərdə zəvvarları yoxlamaq üçün Kərbəla oxunda yerləşəcəklərini bildirib.

Məlumata görə, Əl-Həşduş Şəbi qüvvələri koronavirusa yoluxma səviyyəsini azaltmaq üçün zəvvarların getdiyi marşrutları mütəmadi dezinfeksiya edəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930