Psixiatrlar stressdən azad olmaq üçün ağlamağı tövsiyə edir
Mьəllif: admin1
Tarix: 27-07-2020, 22:18
Bцlmə: Xəbərlər
Psixiatrlar stressdən azad olmaq üçün ağlamağı tövsiyə edir
Rusiyalı psixiatr Yevgeniy Fominin sözlərinə görə, ağlamaq stressdən azad olmaq üçün təsirli bir üsuldur və kişilər bundan vaxtaşırı istifadə etməlidir.

“İnsan ağladığı vaxt, məcazi mənada desək, mənfi və çətin duyğularını göz yaşları ilə çıxmasına imkan verir. Bu baxımdan kişilər üçün hansısa dramatik təcrübəni yaşamaq və ya həyatda çətin vəziyyətdən keçmək daha çətindir.

Kişilər praktik olaraq ağlamağı stress əleyhinə bir mexanizm kimi istifadə etmək imkanından məhrumdur”, - deyə psixiatr bildiri.

"Deyerler.org"un Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, həkimin sözlərinə əsasən, həddindən artıq emosional təmkinli olmaq sağlamlığa qaçılmaz təsir edir.

Ekspert hesab edir ki, bu fakt Rusiyadakı qadınlarla müqayisədə kişilərin ömrünün qısalmasının səbəblərindən biridir.

Həkim bildirir ki, gözyaşları ilə bir çox toksin bədəndən xaric olur, bədən isə insanın stressdən çıxmasına imkan verən hormon istehsal edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930