Bu il həcc ziyarətini hansı zəvvarlar əda edə biləcək - Yekun qərar
Mьəllif: admin1
Tarix: 23-07-2020, 22:37
Bцlmə: Xəbərlər
Bu il həcc ziyarətini hansı zəvvarlar əda edə biləcək - Yekun qərar
2020-ci ildə həcc ziyarəti yalnız Səudiyyə rejiminin sakinləri tərəfindən edilə bilər. Koronavirusa görə Səudiyyə rejimi xarici zəvvarların ölkəsinə girişini dayandırıb.

"Deyerler.org"un İslam.plus-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejiminin Həcc İşləri Nazirliyi hicri 1441-ci ildə (2020) məhdud sayda zəvvar üçün həcc ziyarətinə icazə vermək qərarına gəlib.

Bu, yalnız Səudiyyə rejimində qanuni və xarici vətəndaşları əhatə edəcək. "KOVİD-19 virusunun 180-dən çox ölkəyə yayıldığını nəzərə alsaq, burada əsas məqsədin zəvvarların hər zaman olduğu kimi həcc ziyarətinin əmin-amanlıqda həyata keçirmək üçün, artıq Səudiyyə rejimində olan müxtəlif millətlərdən olan məhdud sayda hacının bu il həcc ziyarətində iştirak edə biləcəyinə qərar verilib.

Beləliklə, bu il həcc ziyarəti tamamilə ləğv olunmayıb, yerinə yetiriləcək, lakin xaricdən olmayan, çox məhdud sayda insan üçün nəzərdə tutulub. Bu il həcc ziyarəti iyulun 28-dən avqustun 2-dək keçiriləcək.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən, Səudiyyə rejimi xarici zəvvarların ümrə ziyarətini yerinə gəlməsinə qadağan edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930