İranın İraqdakı səfiri: Əcnəbi zəvvarların Ərbəin yürüşündə iştirakına icazə verilməsi gözlənilmir
Mьəllif: admin1
Tarix: 7-07-2020, 23:07
Bцlmə: Xəbərlər
İranın İraqdakı səfiri: Əcnəbi zəvvarların Ərbəin yürüşündə iştirakına icazə verilməsi gözlənilmir
“İraq rəsmiləri Ərbəin yürüşü ilə bağlı susurlar. Ərbəin yürüşünün təşkili və ya təşkil olunmaması ilə bağlı da fikir bildirmirlər”.

Maide.Az “Fars” agentliyinə istinadla xəbər verir ki, bunu İranın İraqdakı səfiri İrəc Məscidi deyib.

O bildirib ki, İraq rəsmiləri koronavirusla bağlı mövcud şəraitdə Ərbəin yürüşündən danışmağın çətin olduğunu bildirirlər və buna görə də hələlik Ərbəin yürüşü ilə bağlı heç bir göstəriş verilməyib.

“İraqda koronavirus epidemiyasının geniş yayılması və bu ölkədə tibbi imkanların zəif olması narahatedici məsələlərdəndir. Mən İraq rəsmilərinin bu il Ərbəin yürüşü üçün əcnəbi zəvvarları qəbul edəcəyini düşünmürəm.

İraq rəsmiləri böyük ehtimalla yalnız öz vətəndaşları üçün məhdud şəkildə Ərbəin yürüşündə iştiraka icazə versin. Ötən illərdə olduğu kimi Ərbəin yürüşünün təşkil olunması əməldə mümkinsiz görünür”.

O qeyd edib ki, İmam Musa Kazimin (ə) şəhadət mərasimi də İraqda Ərbəin yürüşü kimi təşkil olunur. “Cari ildə İraq rəsmiləri koronavirusa görə Hərəmə girişi bağlanmışdı, şəhadət günü ətraf şəhər və kəndlərdən gələnləri şəhərə girişi qadağan olundu. Zəvvarlar çox hörmətlə geri qaytarıldı. Ərbəin yürüşündə də əgər İraq əhalisi Kərbəlaya tərəf yürüş etsə də ola bilsin hərbiçilər şəhərə girişi bağlasın”.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir.

Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930