İrqçilik əleyhinə etirazlarda Ağ Ev yaxınlığında ABŞ bayrağı yandırıldı
Mьəllif: admin1
Tarix: 24-06-2020, 23:35
Bцlmə: Xəbərlər
İrqçilik əleyhinə etirazlarda Ağ Ev yaxınlığında ABŞ bayrağı yandırıldı
ABŞ-da davam edən irqçilik əleyhinə etirazlarda nümayişçilər Ağ Evin yaxınlığındakı bir neçə nöqtədə ABŞ bayrağını yandırıblar.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Ağ Evdən bir neçə məhəllə məsafədə yerləşən və adı “Qaraların həyatı vacibdir” kimi dəyişdirilən 16-cı küçədəki fəallar davam edən nümayişlər vaxtı ABŞ bayrağını yandırıblar.

Vaşinqtonda yaşayan jurnalist Rona Doqan da mövzu ilə bağlı etdiyi paylaşımında bunları deyib: “ABŞ bayrağı Ağ Evin qarşısında yandırıldı. Polis etirazçılara qarşı canlı sədd qurdu, Ağ Evə gedən yollar bağlandı”.

Digər tərəfdən, polisin aksiya iştirakçılarına qarşı müdaxiləsinin də uğursuz olduğu və nümayişçilərin əvvəllər polis tərəfindən təxliyə edilən bir bölgəyə yenidən girdikləri müşahidə olunub.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930