Tramp Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşmək istəyir
Mьəllif: admin1
Tarix: 22-06-2020, 18:31
Bцlmə: Xəbərlər
Tramp Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşmək istəyir
ABŞ-ın prezidenti Donald Tramp Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşmək istədiyini bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın “Axios” kanalına müsahibə verən Tramp, ölkəsi ilə Venesuela arasındakı gərginliyə dair qiymətləndirmələr edib.

Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun dəstəyi ilə Venesuelada müvəqqəti prezident olduğunu elan edən Xuan

Quaydo ilə heç bir bağlılığının olmadığını qeyd edərək, belə danışıb: “Onunla da olar, onsuz da, amma Venesuelada baş verənlərin tamamilə əleyhinəyəm”.

Quaydonun seçilmiş bir insan olduğunu, ancaq Quaydoya çox müsbət yanaşmadığını qeyd edən Tramp, belə deyib: “Bəziləri sevir, bəziləri də sevmir. Mənə görə hər iki tərəf çox şey demək deyil”.

Trampdan Venesuelanın prezidenti Maduro ilə mümkün görüşə necə baxdığını soruşulanda belə deyib: “Maduro görüşmək istəyir və mən danışıqların əleyhinə deyiləm. Çox az danışıq təklifindən imtina etmişəm. Bunu qiymətləndirə bilərəm”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930