İraq ordusu bir neçə İŞİD sığınacağını məhv etdi
Mьəllif: admin1
Tarix: 22-06-2020, 18:30
Bцlmə: Xəbərlər
İraq ordusu bir neçə İŞİD sığınacağını məhv etdi
İraq ordusu misli görünməmiş bir əməliyyatla Səudiyyə rejiminin nəzarəti altında olan torpaqların sərhədində bir vadidə İŞİD sığınacaqlarını məhv edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Təhlükəsizlik İnformasiya Mərkəzindən verilən açıqlamada, İraq ordusunun görünməmiş bir əməliyyat əsnasında Səudiyyə rejiminin nəzarəti altında olan torpaqların sərhəddində İŞİD sığınacaqları və bir sıra silah və bombaları məhv etdiyi bildirilib.

Açıqlamada, 7-ci piyada briqadası qüvvələrindən bir qrupun Ənbarın qərbindəki Huran vadisində keçirdiyi bir əməliyyatda İŞİD-in gizli yerlərini hədəfə aldığı qeyd olunub.

Əməliyyat vaxtı bir bomba yerləşdirilmiş Nissan mikroavtobusu, 120 mm-lik minaatanlı üç gizli atıcı, Katyuşa raket buraxma qurğusu, 33 ədəd 82 millimetrlik minaatan mərmisi və 72 ədəd 120 millimetrlik minaatan aşkarlanıb.

350 kilometrlik Horan vadisi İraq-Səudiyyə rejimi sərhəddində yerləşir və İŞİD-in Ənbar səhrasında ən vacib yerlərindən biridir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930