Suriyada terrorçulara aid silah-sursat və narkotik maddələr tapılıb
Mьəllif: admin1
Tarix: 21-06-2020, 17:01
Bцlmə: Xəbərlər
Suriyada terrorçulara aid silah-sursat və narkotik maddələr tapılıb
Suriya ordusu ölkənin cənub bölgəsində həyata keçirdiyi axtarış və təmizləmə əməliyyatları vaxtı Qərb istehsalı olan silahlar ilə müxtəlif silah-sursat, maddi-texniki avadanlıqlar və narkotik maddələr olan terror qruplaşmalarının sığınacaqlarını aşkar ediblər.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrindən bir mənbə SANA-ya açıqlamasında ələ keçirilən sığınacaqda 23 və 5.14 mm.-lik pulemyot, 12,7 mm.-lik Duşka avtomatları, RPG atəş vasitələri, qumbaraatanlar, snayper tüfəngləri, müxtəlif hücum avtomatları və mərmilər, müasir rabitə vasitələri, gecə görmə avadanlığı və minlərlə güllə və çoxlu miqdarda narkotik maddənin olduğunu bildirib.

Mənbə sığınacağın bölgə xalqı ilə əməkdaşlıq nəticəsində aşkar edildiyini söyləyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930