İraqın xalq səfərbərlik qüvvələri İŞİD-in yeraltı düşərgəsini aşkar etdi
Mьəllif: admin1
Tarix: 18-06-2020, 22:38
Bцlmə: Xəbərlər
İraqın xalq səfərbərlik qüvvələri İŞİD-in yeraltı düşərgəsini aşkar etdi
İraqın Əl-Həşduş Şəbi qüvvələri ölkənin qərbindəki bir neçə gizli sığınacaq ilə birlikdə İŞİD terror ünsürlərinin böyük bir yeraltı düşərgəsini aşkar etməyi bacarıb.

Deyerler.org Farsnews- istinadən xəbər verir ki, Əl-Həşduş Şəbinin 2-ci alayı Təşkilatın 8-ci diviziyasının 32-ci briqadası ilə birlikdə Ənbar əyalətinin qərb səhrasında aparılan axtarış əməliyyatı vaxtı düşərgəni aşkarlayıblar.

Xəbərdə bildirilir ki, əməliyyat zamanı “Ğabahə Manax”, “Madisis Dəm”, Vadi Həlqum”, “Əhvaz Ğaz Akaz”, “Əl-Hadəra və Əl-Kəira”, “Əl-Əvdan”, “Səəd” hava bazası, “Sahali” və “Zayə” məntəqələrini İŞİD ünsürlərindən təmizləmək üçün axtarış aparıb.

Məlumata görə, Əl-Həşduş Şəbi qüvvələri əməliyyat zamanı həbsxana, yataq otağı və mətbəxdən ibarət böyük yeraltı İŞİD düşərgəsini aşkar etməyə müvəffəq olub.

Düşərgədə müxtəlif ərzaq və avtomobil gizlətmə ləvazimatları da aşkar edilmişdir.

Əl-Həşduş Şəbi qüvvələri də əməliyyatda qida və avadanlıqların olduğu bir neçə İŞİD-in yeraltı gizli yerlərini aşkar edə biliblər.

Məlumata görə, Əl-Həşduş Şəbi artıq İŞİD ünsürləri tərəfindən istifadə olunmamaları üçün bütün sığınacaqları məhv edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930