ÜST bu il həccin təxirə salınmasını istəyir
Mьəllif: admin1
Tarix: 10-06-2020, 22:36
Bцlmə: Xəbərlər
ÜST bu il həccin təxirə salınmasını istəyir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni növ koronavirus epidemiyasının yayılmasına görə bu il həcc ziyarətini təxirə salması üçün Səudiyyə rejimi ilə danışıqlar aparacağını açıqlayıb.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Dövlət Proqramının direktoru Dalya Sahmuri bu barədə açıqlamasında qeyd edib: “Bu il həcc ziyarətinin koronavirusun başlamasına görə təxirə salınması mövzusunda Səudiyyə rejimi ilə danışıqlar aparacağıq”.

Səudiyyə rejimi həcc ziyarətini təxirə salmaq barədə hələ qərar verməyib və qərarın yaxın günlərdə veriləcəyi ehtimal edilir.

O, həmçinin qeyd edib ki, təxirə salma ilə əlaqədar bir qərar qəbul edilmədiyi təqdirdə, müəyyən sağlamlıq şərtləri ÜST və Səudiyyə rejiminin qurumları ilə razılaşdırılaraq elan edilməlidir.

“Dünyada karantin məhdudiyyətlərinin yumşaldılması iqtisadi, sosial və sağlamlıq səbəbləri ilə əlaqədardır. Bəzi ölkələr adekvat səviyyədə səhiyyə və tibbi xidmətlər göstərmək imkanına malikdirlər”, - deyə Dalya Sahmuri bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930