İranda cümə namazına xüsusi şərtlərlə icazə verildi
Mьəllif: admin1
Tarix: 9-06-2020, 23:01
Bцlmə: Xəbərlər
İranda cümə namazına xüsusi şərtlərlə icazə verildi
İranın Tehran və Fars əyalətinin bütün şəhərlərində 103 gündən sonra maska və şəxsi namaz dəstinin olması şərti ilə cümə namazının qılınacağı bildirilib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İran dövlət televiziyasının verdiyi xəbərə görə, Tehran Cümə İmamları Siyasət Məsləhət Şurasının sədri höccətül-İslam Mahmud Səyyah iyunun 12-də Tehran əyalətinin bütün şəhərlərində cümə namazının qılınacağını açıqlayıb.

Tehranda “qırmızı bölgə” deyilən yüksək riskli bir bölgənin olmadığını xatırladan Səyyah, belə deyib: “Cümə namazı sosial məsafə və sağlamlıq qaydalarını nəzərə alaraq Tehranın bütün şəhərlərində qılınacaq. Cümə namazına qatılanlar maskalar, şəxsi namaz kilimləri və türbətlər (möhür) kimi şəxsi əşyalarını gətirməlidirlər”.

Digər tərəfdən, ölkənin cənubundakı Fars əyalətinin də bütün şəhərlərində sağlamlıq qaydalarına riayət ediləcəyi təqdirdə bu həftə cümə namazının qılınacağı açıqlanıb.

İranın Cümə İmamları Siyasət Şurası fevralın 27-də səhiyyə naziri Səid Nəməki və Koronavirusla Mübarizə Qurumunun xəbərdarlıqları ilə 23 əalətdə, xüsusən də Tehranda cümə namazının qılınmayacağını elan etmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930