ABŞ-da irqçilik əleyhinə etirazlarda 10 mindən çox insan həbs edilib
Mьəllif: admin1
Tarix: 5-06-2020, 17:46
Bцlmə: Xəbərlər
ABŞ-da irqçilik əleyhinə etirazlarda 10 mindən çox insan həbs edilib
Hesabatlar göstərir ki, bu günə qədər ABŞ polisi tərəfindən irqi ayrıseçkilə və qeyri-insani rəftara qarşı etirazlar zamanı 10 mindən çox insan həbs edilib.

Hesabatda, ABŞ polisi tərəfindən irqi ayrıseçkilik və qeyri-insani rəftara qarşı etirazların son həftəsində ən çox həbs Los-Anceles, Nyu-York, Dallas və Filadelfiyada qeydə alınması deyilir.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, hesabata əsasən, tutulanların əksəriyyəti aqressiv davranış göstərməyənlərdir.

Bu günlərdə ABŞ-ın müxtəlif şəhərləri, xüsusən Minnesota, Minneapolis, ABŞ polisinin irqçi davranışlarına qarşı etiraz platformasına çevrilib.

Qeyd edək ki, ağdərili ABŞ polis məmuru Derek Şoven, mayın 25-i bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində qaradərili ABŞ vətəndaşı Corc Floyda qarşı vəhşicəsinə davranmışdır və bunun nəticəsində Floyd həyatını itirdi.

Bu cinayət ABŞ xalqının qəzəbinə səbəb oldu. ABŞ prezidentinin göstərişi ilə ABŞ polisi və təhlükəsizlik qüvvələri, etirazların qarşısını sərt şəkildə almağa çalışır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930