150 qaradərili amerikalı Əhli-Beyt (ə) yolunu necə seçdi
Mьəllif: admin1
Tarix: 30-05-2020, 22:41
Bцlmə: Xəbərlər
150 qaradərili amerikalı Əhli-Beyt (ə) yolunu necə seçdi
Bir Tvitter istifadəçisi 150 qaradərili amerikalının İmam Hüseyn (ə) üçün keçirilən əza mərasimində Əhli-Beyt (ə) yolunu necə qəbul etdikləri barədə məlumat verib.

Deyerler.org xəbər verir ki, “Alireza” adlı Tvitter istifadəçisi belə qeyd edir: “ABŞ-da İmam Hüseyn (ə) üçün hüzn mərasimi keçirildi. Birinci gecə mərasimində qaradərili bir şəxs iştirak edirdi.

Ona matəmlə bağlı mərsiyə və rözələri başa düşməsi üçün tərcüməçi təqdim edilmişdi. Növbəti gecələrdə qaradərililərin sayı artdı.

Tədbir təşkilatçıları mərasim üçün başqa bir yeri ayırmağa məcbur oldular. Dünən gecə 150 qaradərili şiə olmaq istədiklərini söylədi!

Təəccüblənənlər soruşdular ki, niyə şiə olmaq istəyirsən? Hamı Əba Abdullahın əza mərasiminin ilk gecəsində gələn qaradərili amerikalıya baxırdı.

Soruşdular ki, niyə şiə olmaq istəyirsən?

O, belə cavab verdi: “Birinci gecədə İmam Hüseynin (ə) qaradərili nökəri Con bin Huvəyyinin şəhadəti mərasimindən bir hissə oxudun.

İmam Hüseyn (ə) başını ayağına qoyduğu zaman, Əli Əkbərin (ə) başının olduğu yerdə Cunun (qara qul) başına yer olmadığını söylədi.

Ancaq İmam Hüseyn (ə) başını ayağına qoydu və Cun şəhid oldu.

Mən bu qaradərililərin yanına getdim və dedim: “Gəlin, qara və ağlara heç bir fərq qoymayan bir din tapdım”.

Sözügedən Tvitter istifadəçisi belə danışıb: "Cun şəhid olanda İmam Hüseyn (ə) onun başı üstünə gəldi.

İmam (ə) onun cansız cəsədinə baxıb dedi: “İlahi onun üzünü ağ elə! Onun bədənini ətirli elə! Onu yaxşılarla məhşur et!”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930