Sabah Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
Mьəllif: admin1
Tarix: 30-05-2020, 11:09
Bцlmə: Xəbərlər
Sabah Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.

Maide.Az xəbər verir ki, bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib.

Müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb.

Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək.

Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır.

Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır.

Məscidül-Həram hələki bağlı qalır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930