Suriyada həzrət Zeynəb (s) və həzrət Rüqəyyənin (s) ziyarətgahları açılır
Mьəllif: admin1
Tarix: 28-05-2020, 10:11
Bцlmə: Xəbərlər
Suriyada həzrət Zeynəb (s) və həzrət Rüqəyyənin (s) ziyarətgahları açılır
Dəməşqdə yerləşən həzrət Zeynəbin (s) və həzrət Rüqəyyənin (s) hərəmlərinin qapıları Əhli-Beyt (ə) aşiqləri üçün bu gündən yenidən açılır.

Maide.Az xəbər verir ki, bu barədə ölkənin “Vəqfiyyat” Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, bu gündən həzrət Zeynəbin (s) və həzrət Rüqəyyənin (s) məqbərələrinə zəvvarlar buraxılacaq və tibbi qaydalara əməl olunaraq camaat namazları qılınacaq.

Qeyd edək ki, koronavirusa qarşı tədbirlər çərçivəsində mart ayının ortalarından Suriyada yerləşən həzrət Zeynəbin (s) və həzrət Rüqəyyənin (s) məqbərələri bağlı elan edilmişdi.

Müqəddəs ziyarətgah Koronavirusla Mübarizə üzrə Milli Qərargahın müqəddəs yerlərin açılması barədə qərarından sonra, açılıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930