Aİ tarixində ən dərin iqtisadi geriləmə yaşanır
Mьəllif: admin1
Tarix: 7-05-2020, 22:24
Bцlmə: Xəbərlər
Aİ tarixində ən dərin iqtisadi geriləmə yaşanır
Avropa Komissiyası, ilk rəsmi iqtisadi qiymətləndirmələri zamanı, koronavirus pandemiyasına görə irihəcmli reqress proqnozlaşdırır. Avropa Komissiyası 2020-ci ilin ilk rübünü qiymətləndirərkən, bu il Aİ-yə üzv 27 ölkənin iqtisadiyyatının 7,5% azalacağını bildirib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, bu hesabata əsasən, vahid Avropa valyutasına keçən 19 Aİ ölkəsinin iqtisadiyyatı təxminən 8% azalacaq.

Avropa Komissiyası, pandemiyanın istehlakçı xərclərinə, sənaye istehsalına, investisiya, ticarət, kapital axınlarına, təchizat zəncirinə və məşğulluğa zərər verdiyini təxmin edir.

İqtisadiyyat üzrə Avropa komissarı Paolo Centilone, Aİ koronavirus pandemiyasına görə tarixinin ən dərin tənəzzülünə girdiyini və Aİ üzv ölkələrində iqtisadi fəallığın qəfildən üçdə birinə düşdüyünü söyləyib.

Ümumiyyətlə, Aİ zonası ölkələri arasında ən çox koronavirusdan zərər çəkən İtaliya, İspaniya iqtisadiyyatı və müəyyən dərəcədə Fransa olub.

Koronavirusa görə də böyük itki verən, lakin ilk növbədə borc böhranı ilə üzləşən və turizmə çox bağlı olan Yunanıstan iqtisadiyyatı, təsirlənmiş Avropa iqtisadiyyatlarının ön sıralarında yer alır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930