ABŞ-da Kovid19 tədqiqatını aparan alim evində öldürülmüş vəziyyətdə tapıldı
Mьəllif: admin1
Tarix: 7-05-2020, 22:22
Bцlmə: Xəbərlər
ABŞ-da Kovid19 tədqiqatını aparan alim evində öldürülmüş vəziyyətdə tapıldı
ABŞ-ın Pittsburq Universitetində yeni növ koronavirus (Kovid-19) araşdırmasını aparan bir alim evində öldürülmüş vəziyyətdə tapılıb.

Deyerler.org xəbər verir ki, CNN-nin xəbərinə görə, Pittsburq şəhəri Ross qəsəbəsinin polisi sələn çinli olan doktor müəllim Binq Liunun baş, boyun və bədəninin müxtəlif yerlərində güllə izlərinə rast gəlindiyini açıqlayıb.

Universitet alimin Kovid 19-la əlaqədar çox mühüm bir araşdırma apardığını açıqlasa da, polis hadisənin açıq bir cinayət olduğunu bildirib.

Polis şəxsiyyəti hələ müəyyən edilməyən cinayətkarın Binqi öldürməsindən sonra, avtomobilində intihar etdiyini qeyd edərək, Binqin çinli olması səbəbiylə hədəfə alındığına dair bir sübuta rast gəlmədiyini vurğulayıb.

Universitetin Hesablama və Sistemlər Biologiyası Bölməsindəki həmkarları, Binqin SARS-CoV-2 infeksiyası altındakı hüceyrə mexanizmlərinin hüceyrə əsaslarını və onların fəsadlarını anlamaq üçün bir araşdırmada çox əhəmiyyətli tapıntılar əldə etmək üzrə olduğunu vurğulayıblar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930