Ali Dini Rəhbər: “Sanksiya və neft qiymətlərinə müqavimət göstərə bilərik”
Mьəllif: admin1
Tarix: 7-05-2020, 18:44
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Sanksiya və neft qiymətlərinə müqavimət göstərə bilərik”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamanei video konfrans vasitəsilə 7 aparıcı istehsalat kompleksinin rəhbərləri ilə görüşərək, gənclərə ölkənin iş və istehsalında daha çox fəaliyyətlə məşğul olmaq üçün fürsət yaradılmalı olduğunu vurğulayıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ali Dini Rəhbər görüşdə çıxış edərək, “İşçilər Həftəsi” münasibəti ilə işçilər haqqında nəzərə alınmalı mövzulardan birinin onların təbii hüquqlarına hörmət etmək olduğunu bildirib: “İşçilərin təbii hüquqları olaraq, onlar üçün təhlükəsiz iş mühiti yaradılmalı və əmək haqları ədalətli və müntəzəm olaraq verilməlidir.

Sığorta, təhsil, rifah xidmətləri və səhiyyə məsələləri işçilərin təbii haqqıdır və işə götürənlər bunları nəzərə almalıdır.

İstehsalatı səhiyyə sisteminə bənzədə bilərik. Yeni növ koronavirus epidemiyasının yayıldığı bu günlərdə səhiyyə sisteminin viruslar və mikroblara qarşı mübarizədəki rolu çox əhəmiyyətlidir. Koronavirus şübhəsiz ki, çox insana yoluxdu, ancaq sağlam bir səhiyyə sistemi olduğu üçün xəstələnmədirlər.

Ölkə iqtisadiyyatını də əgər bir insan bədəninə və istehsalı da bir səhiyyə sisteminə bənzətsək, görərik ki, istehsal ölkənin iqtisadiyyatına zərər vuracaq maneələri ortadan qaldıracaq. Əgər yaxşı bir iqtisadiyyata malik olsaq, sanksiya və neft qiymətləri kimi, məsələlərə qarşı müqavimət göstərə bilərik.

İşçi və işəgötürən arasında həqiqi bir rabitənin olması istehsalı artıra bilər”.

Xüsusi diqqət tələb edən sektorlardan birinin dərman və peyvənd sənayesi olduğunu qeyd edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamanei, koronavirusla mübarizədə dərman və peyvənd istehsalı üçün yaxşı araşdırmaların aparıldığını və bəlkə də iranlı gənc tədqiqatçıların digər ölkələrə nisbətən koronavirus üçün dərman və peyvəndi daha tez tapa biləcəyini söyləyib:

“Saniyədə 7500 metr sürəti olan bir peyk daşıyıcısını buraxaraq, peyki orbitə yerləşdirə biliriksə və ya müdafiə sənayesində böyük irəliləyişlər əldə edə biliriksə, istehsalatda da bunu edə bilərik”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamanei peyk istehsal edib işə sala bilən və növbəti peyk üçün 36 min km. hədəf təyin edənlərin, 100 km məsafədə 5 litr yanacaq sərf edən maşını da istehsal edə biləcəyini söyləyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930