Dünyada ən uzun və ən qısa oruc vaxtları hansı ölkələrdədir?
Mьəllif: admin1
Tarix: 29-04-2020, 19:53
Bцlmə: Xəbərlər
Dünyada ən uzun və ən qısa oruc vaxtları hansı ölkələrdədir?
Müqəddəs Ramazan ayının daxil olması ilə dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar yaşadıqları bölgələrə uyğun oruclu olurlar.

Deyerler.org xəbər verir ki, şimal yarımkürəsində bahar mövsümü və cənubi yarımkürədə payızın günləri ilə üst-üstə düşən bu Ramazan ayında gün işığının azalması səbəbi ilə cənub yaşayış məntəqələrindən şimal yaşayış məntəqələrinə getdikcə oruc tutma vaxtı da artır.

Bu gün 68 dərəcə şimal enliyində yerləşən Rusiyanın Murmansk şəhərində və 64 dərəcə şimal enliyində yerləşən İslandiyanın paytaxtı Reykyavikdə imsak ilə iftar arasındakı müddət 18 saat 19 dəqiqədir, 54 dərəcə cənub enliyindəki Argentinanın Uşuaia şəhərində imsak vaxtı ilə iftar vaxtı arası sadəcə 11 saat 8 dəqiqədir.

Şimal enliklərindəki şəhərlərdə yaşayan müsəlmanlar cənubdakılardan daha çox oruclu olurlar.

Oruc vaxtı Norveçin paytaxtı Osloda 17 saat 27 dəqiqə, İsveçin paytaxtı Stokholmda 17 saat 21 dəqiqə, Şotlandiya paytaxtı Edinburqda 16 saat 54 dəqiqə, Rusiyanın paytaxtı Moskvada 16 saat 52 dəqiqə, Danimarkanın paytaxtı Kopenhagendə 16 saat 52 dəqiqə, Almaniyanın paytaxtı Berlində 16 saat 30 dəqiqə, Böyük Britaniyanın paytaxtı Londonda 16 saat 24 dəqiqə, Fransanın paytaxtı Parisdə 16 saat 10 dəqiqə, Kanadanın paytaxtı Torontoda 16 saat 1 dəqiqə, İtaliyanın paytaxtı Romada 15 saat 49 dəqiqə, Yunanıstanın paytaxtı Afinada 15 saat 26 dəqiqə, İranın paytaxtı Tehranda 16 saat 7 dəqiqə ABŞ-ın paytaxtı Vaşinqtonun 16 saat 3 dəqiqə, Livanın paytaxtı Beyrutda 15 saat 6 dəqiqə, Pakistanın paytaxtı İslamabadda 15 saat 5 dəqiqə, İraqın paytaxtı Bağdadda 15 saat 3 dəqiqə, Qüdsdə 14 saat 57 dəqiqə, Misirin paytaxtı Qahirədə 14 saat 49 dəqiqə, Hindistanın paytaxtı Nyu Dehlidə 14 saat 44 dəqiqə, Səudiyyə rejiminin paytaxtı Ər-Riyadda 14 saat 30 dəqiqə, Efiopiyanın paytaxtı Əddis Əbəbədə 13 saat 46 dəqiqə, Keniyanın paytaxtı Nayrobidə 13 saat 23 dəqiqə, Braziliyanın Rio-de-Janeyro şəhərində 12 saat 42 dəqiqə, Çilinin paytaxtı Santyaqoda 12 saat 23 dəqiqə, Cənubi Afrikanın Keyptaun şəhərində 12 saat 22 dəqiqə və Argentinanın paytaxtı Buenos Ayresdə 12 saat 21 dəqiqədir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930