Bəhreyndə siyasi məhbuslar üçün kampaniya başladılıb
Mьəllif: admin1
Tarix: 29-04-2020, 19:39
Bцlmə: Xəbərlər
Bəhreyndə siyasi məhbuslar üçün kampaniya başladılıb
Dünyanın 22 şəhərindən olan fəallar Bəhreyndə ifadə azadlığı və siyasi məhbusların azad edilməsi üçün beynəlxalq kampaniya başladıb.

Maide.Az xəbər verir ki, Londonda çıxan "Əl-Kuds əl-Arabi" qəzetinin verdiyi məlumata görə, fəallar kampaniyanı sosial şəbəkələr üzərindən həyata keçirirlər.

Bu kampaniya, yeni növ koronavirus epidemiyasının Əl-Xəlifə rejimi həbsxanalarında yayılması və Bəhreyn hakimiyyətinin məhbusların sağlamlığına əhəmiyyət verməməsi ilə əlaqədar artan narahatlıqla əlaqədardır.

Əl-Xəlifə rejiminin həbsxanalarında saxlanılan bu məhbusların bir çoxu, fiziki vəziyyətlərinin pis olmasına baxmayaraq azad edilməyiblər. Hərəkat Fransa, Almaniya, İspaniya, İtaliya, İrlandiya, İsveçrə, Hollandiya, Portuqaliya, Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif dillərində "Bəhreyndə məhbusları azad et" başlığı altında başlanıb.

Müxalifətin ailələrindən, eləcə də həbs olunanların ailələrindən gələn məlumatlar göstərir ki, Bəhreyndə koronavirus yayılsa da, bu ölkənin hakimiyyəti həbsxanalarda virusla mübarizə üçün heç bir tədbir görməyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930