Avstriyanın çempion döyüşçüsü İslamı qəbul etdi - VİDEO
Mьəllif: admin1
Tarix: 20-04-2020, 14:54
Bцlmə: Xəbərlər
Avstriyanın çempion döyüşçüsü İslamı qəbul etdi - VİDEO
İslamazeri.com xəbər verir ki, bu sözləri keçən il Vendetta yarışlarında Avstriya çempionu olan Vill Ott İslamı qəbul etdikdən sonra media ilə müsahibəsində bildirib.

İstanbulda rinqə çıxan Ott haqqında açıqlama verən idman yarışları təşkilatçılarından Bülent Sağlam "Ara-sıra idman zalımıza gəlim məşq edirdi.

Döyüşlərdə böyük uğurlar qazandı. Döyüş idman növlərində güclüdür. Dinimizə qarşı marağını son zamanlar hiss etmişdik.

İdman zalımızda ara-sıra bu istiqamətdə söhbətlər olurdu. Belə bir güclü idmançının İslam dinini seçməsində təsirimiz oldusa, xoşbəxtik.", -deyə qeyd edib.

Otta özü isə "Əslində reklam olmasın deyə danışmırdım. Tanıdığım müsəlmanların nə qədər təmiz və gözəl əxlaqlı olduğunu gördüm. İslam dinində ədaləti də gördükdə çox xoşuma gəldi.

Bu məsələləri uzun müddət araşdırdım, müsəlman olmağa qərar verdim. İslamın insana güc verdiyini hiss etdim. İlk orucumu bu Ramazan tutacağıam.

Sosial media vasitəsilə milyonlarla mesaj aldım. Təəssüf olsun ki, bunlara tək-tək cavab verə bilmirəm. Ancaq mesajlar mənə daha da güc verdiyini bildirirəm.", -deyə bildirib.





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930