İraqın sünni üləması dünya alimlərini İrana qarşı sanksiyalara etiraz etməyə çağırdı
Mьəllif: admin1
Tarix: 17-04-2020, 21:09
Bцlmə: Xəbərlər
İraqın sünni üləması dünya alimlərini İrana qarşı sanksiyalara etiraz etməyə çağırdı
İraqın Sünni Üləma Cəmiyyətinin sədri və bu ölkənin nüfuzlu din xadimi Şeyx Xalid Əl-Molla dünyadakı bütün din alimlərini və üləmanı ABŞ-ın İran xalqına qarşı tətbiq etdiyi təzyiq sanksiyalarına münasibətlərini birləşdirməyə çağırıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Şeyx Xalid Əl-Molla açıqlamasında bunları deyib: “Müqəddəs Ramazan ayı münasibətilə, bütün şiə və sünni alimləri və xristianlıq da daxil olmaqla digər dinlərə mənsub alimləri ABŞ-ın İran hökuməti və xalqına qarşı sərt sanksiyalarına etiraz etməyə və birləşməyə dəvət edirəm.

Koronavirus təhdidi və bu şəraitdə toplaşmaq barədə xəbərdarlıq olduğuna görə, bu cür etiraz mitinqini sosial şəbəkədə təşkil etməyi təklif edirəm.

ABŞ və Avropada bu humanist müraciətdə bizimlə eyni istiqamətdə olan bir çox din aliminin səslərinin dünya tərəfindən eşidilməsi üçün bu etiraz mitinqində iştirak edə bilər".



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930