Müsəlman xanım KOVİD-19 müəyyən edən ən sürətli test hazırlayıb
Mьəllif: admin1
Tarix: 10-04-2020, 22:17
Bцlmə: Xəbərlər
Müsəlman xanım KOVİD-19 müəyyən edən ən sürətli test hazırlayıb
Çindən gələn müsəlman xanım, koronavirusun bir neçə dəqiqə ərzində aşkarlaya biləcəyi sürətli bir test hazırlayıb. Ceki İn, Sinqapurdakı “NanoBio” laboratoriyasının əməkdaşları ilə birlikdə, qarşılarına, bahalı avadanlıq istifadə etmədən, virusun sürətli və dəqiq diaqnozunu hazırlamağı məqsədi qoymuşdu.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, altı həftəlik ağır iş prossesindən sonra, professor İnin laboratoriyasında alimlər tərəfindən icad edilən yeni metod, xüsusi həssas fermentdən istifadə edərək sınaq prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Testin təsdiqlənəcəyi təqdirdə, bu, dünyada ən sürətli koronavirus testi olacaq. Ceki İn, Səudiyyə rejiminin Kral Universitetinin, Çinin Tsilin, Siçuan Universitetinin və Sinqapurun Nanyanq Texnologiya Universitetinin fəxri professorudur, dünyanın aparıcı elmi jurnallarında 340-dan çox məqalənin müəllifidir.

Görkəmli işlərinə və elmi kəşflərinə görə 24 dekabr 2015-ci ildə Mustafa adına "Elmi Nailiyyət" mükafatına layiq görülüb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930