İran Prezidenti: 11 apreldən ölkədə normal həyat mərhələli şəkildə bərpa olunacaq
Mьəllif: admin1
Tarix: 5-04-2020, 21:42
Bцlmə: Xəbərlər
İran Prezidenti: 11 apreldən ölkədə normal həyat mərhələli şəkildə bərpa olunacaq
Tehran istisna olmaqla, İranın digər vilayətlərində 11 apreldən az riskli iqtisadi xidmətlər və əmək fəaliyyətlərinə başlanacaq.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, 18 aprelədək çox riskli fəaliyyətlərə icazə verilməyəcək. Tehran vilayətində isə əmək fəaliyyətlərinə 18 apreldən başlanacaq. Bundan əlavə, dövlət idarələrində işçilərin üçdə ikisi işləyəcək və fəaliyyətlər mərhələli şəkildə bərpa olunacaq.

İran Prezidenti bildirib ki, bütün fəaliyyətlər səhiyyə protokolları əsasında olmalıdır və protokollar İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi tərəfindən elan olunub.

“İranda vilayətlər arasında avtomobillərin hərəkəti 18 apreldən başlanacaq və həmin müddətədək məhdudiyyət öz qüvvəsindədir” , - deyə o qeyd edib.

Ruhaninin sözlərinə görə, təhsil sahəsində İranda orta məktəb və universitetlərin fəaliyyəti 18 aprelədək dayandırılıb, yüksək dərəcəli təhsildə (magistratura, doktorantura) isə 18 apreldən fəaliyyət başlayacaq.

İran Prezidenti koronavirusun çox yayılmadığı bəzi vilayətlərdə təhsil sektorunun fəaliyyətə başlamasına icazənin verildiyini deyib.

Trend xatırladır ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 4 aprelə qədər 55 743 nəfərin koronavirusa yoluxduğunu, 3 452 nəfərin öldüyünü və 19 736 nəfərin sağaldığını təsdiqləyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930