Səudiyyə Ərəbistanından Həcc mərasimi ilə bağlı çağırış
Mьəllif: admin1
Tarix: 1-04-2020, 11:16
Bцlmə: Xəbərlər
Səudiyyə Ərəbistanından Həcc mərasimi ilə bağlı çağırış
Koronavirusa görə müsəlmanlar bu ilin ümrə və həcc ziyarətlərinin planlamaları barədə tələsməsinlər

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Salih bin Tahir Benten dünya ölkələrini həcc mərasimi üçün müqavilələrin imzalanması məsələsində yeni növ koronavirus (COVID-19) ilə əlaqədar baş verənlərin dəqiqləşməsini gözləməyə çağırıb.

Maide.Az xəbər verir ki, O, bu barədə "Əl-İhbariyyə" kanalına verdiyi müsahibədə bildirib.

O bildirib ki, koronavirusa görə müsəlmanlar bu ilin ümrə və həcc ziyarətlərinin planlamaları barədə tələsməsinlər.

Benten, Səudiyyə Ərəbistanının ümrə ziyarətinə gəlib ölkələrinə qayıda bilməyən 1200 nəfərə qayğı göstərdiklərini, bu mövzuda Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə işlədiklərini, otellərdə karantində saxlanılan zəvvarların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu söyləyib.

Nazir zəvvarların hansı ölkələrdən olduğu barədə məlumat verməyib.

Benten, Səudiyyə Ərəbistanından Ümrə vizasını alıb gələ bilməyənlərin pullarını geri ödədiklərini də sözlərinə əlavə edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930